Home » DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi də fəaliyyətini İSO standartlarına uyğun qurur

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi də fəaliyyətini İSO standartlarına uyğun qurur

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) də fəaliyyətini İSO standartlarına uyğun qurmaq üçün hazırlıq işləri aparır.

Mərkəz öz fəaliyyət sahələrində ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi. Tələblər), ISO 20000 (İnformasiya Texnologiyaları xidmətlərinin idarəolunması və texniki dəstək) və ISO 27001 (İnformasiya Təhlükəsizliyi üzrə idarəetmə  Sistemi) standartlarının tətbiqinə başlayacaq.

Fəaliyyətin qeyd olunan standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq DOST RİM əməkdaşları üçün interaktiv formada təlimlər keçiriləcək.

Növbəti mərhələdə isə standartların idarəetmə sistemində tətbiqi, habelə informasiya təhlükəsizliyi və risklərin, innovativ yeniliklərin idarə edilməsi sistemlərinin yerli və beynəlxalq tələblərə uyğunlaşdırılması və yekun olaraq müəssisənin sertifikatlaşdırılması prosesi təmin olunacaq.

DOST RİM-in fəaliyyətinin ISO standartına uyğun qurulması Mərkəzin fəaliyyət sahələri üzrə işlərin keyfiyyət səviyyəsinin daha da yüksəlməsinə, innovasiyaların tətbiqi prosesinin və idarəetmə sisteminin təkmilləşdirilməsi  istiqamətində önəmli dəstək olacaq.

Mərkəz  fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqini hədəfləyir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.