Home » Dövlət Vergi Xidmətinə olan şikayətlərin faktiki sayı 8,5 faiz azalıb

Dövlət Vergi Xidmətinə olan şikayətlərin faktiki sayı 8,5 faiz azalıb

by anar
0 comments 0 views 1 minutes read

2024-cü il ərzində ümumilikdə vergi orqanlarına 472.628 müraciət daxil olub. Onların 96,1 faizini ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 97,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 faizi həll edilib, 44,2 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Şikayətlərin faktiki sayı 13.935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 faiz azdır. Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları, şəxsi hesab vərəqələri, riskli vergi ödəyiciləri, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), maliyyə sanksiyalarının silinməsi, artıq ödənilmiş ver gilərin əvəzləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.

2024-cü ildə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 823 vətəndaşın, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.