Home » Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada Mükəmməllik Sertifikatına layiq görülüb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada Mükəmməllik Sertifikatına layiq görülüb

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti beynəlxalq uğur əldə edib.

Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən Mükəmməllik Sertifikatına layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, Texnologiya və Məlumat Analizindən Ən Yaxşı İstifadə” və “İnnovasiya” nominasiyası üzrə ətraflı təhlil edilib.

Müsabiqənin peşəkar münsiflər heyəti tərəfindən ƏMAS yüksək dəyərləndirilib və Agentliyə yerli dövlət xidmətlərinin transformasiyasında əhəmiyyətli yeniliklərə görə Mükəmməllik Sertifikatı təqdim edilib.

ƏMAS əmək və məşğulluq sahəsi üzrə xidmətlərin e-qaydada təqdim edildiyi, rəqəmsal kadr uçotunun qurulduğu, insan resurslarının effektiv idarə edilməsinə və əmək bazarına e-sistem üzərindən çevik və effektiv nəzarətə imkan yaradan vahid elektron platformadır.

Bundan əvvəl də ƏMAS bir sıra beynəlxalq mükafatlara layiq görülüb, habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023”-də e-sosial.az portalı ilə birgə  ƏMAS da “Çempion layihə” mükafatına layiq görülüblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.