Home » Dövlət Xidmətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Dövlət Xidmətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avtonəqliyyat sektorunda mövcud vəziyyət müzakirə edilib, sektorun inkişafına nail olmaq üçün biznes assosiasiyaları ilə dialoqun möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin də iştirak etdiyi görüşdə iqtisadiyyatın müxtəlif sahələrində bazar subyektlərinin azad rəqabət mühitində səmərəli fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sahibkarlığın inkişafına nail olunması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında keçirilən görüşlər və rəqabət, istehlakçı hüquqları, keyfiyyət infrastrukturu sahələrində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin ölkədə avtonəqliyyat sektorunun inkişafı, müasir avtomobil bazarının formalaşması və sektorun üzləşdiyi çağırışlar barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.