Home » Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

Görüşdə Azərbaycanda bərpa olunan enerji güclərinin və regional “yaşıl enerji dəhliz”lərinin yaradılması, “yaşıl enerji” texnologiyalarının inkişafı, ölkəmizlə IRENA arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) vasitəsilə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri çərçivəsində əməkdaşlıq, Bakıda İnvestisiya Forumunun təşkili məsələləri nəzərdən keçirilib. Həmçinin IRENA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü, bu ilin aprel ayında Abu Dabidə keçiriləcək IRENA Assambleyasının on dördüncü sessiyasında iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.