Home » Dünya Bankı: 2025-2027-ci illərdə Azərbaycanda iqtisadi artım 2%-ə yaxın olacaq

Dünya Bankı: 2025-2027-ci illərdə Azərbaycanda iqtisadi artım 2%-ə yaxın olacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read

“Azərbaycanda iqtisadi artımın 2025–2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır”.

Bu barədə Dünya Bankından bildirilib.

Qeyd edilib ki, bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.

Vurğulanıb ki, ölkəyə investisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti — cəmlənib.

Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.