Home » Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarında neftin qiyməti yenidən aşağı düşüb.

BBN.az xəbər verir ki, treyderlər Venesuela ətrafındakı vəziyyəti izləməyə, İsrailin İranla bağlı açıqlamalarını qiymətləndirməyə və Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa liderləri ilə görüşünün nəticələrini gözləməyə davam edirlər.

London ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti barel üçün 61,36 dollar təşkil edir ki, bu da əvvəlki ticarətlərin bağlanışından 0,4 dollar (0,65%) aşağıdır.

Nyu-York Ticarət Birjasının elektron ticarətində fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,39 dollar (0,67%) azalaraq bir barel üçün 57,93 dollara düşüb.

Asiya üçün digər növ neftin qiymətlərində azalma bir barel üçün 0,2-0,3 dollar, ABŞ üçün 0,3-0,4 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi üçün isə 0,4 dollar təşkil edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.