5
Bu həftənin makroiqtisadi statistikasının açıqlanması ərəfəsində dünya bazarında qızılın qiyməti düşüb.
BBN.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 7,05 ABŞ dolları (0,36%) ucuzlaşaraq 1 unsiyası 1 957,35 ABŞ dollarına satılıb.
Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,6% düşərək 1 unsiyası 25,043 ABŞ dolları təşkil edib.