1
Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.44 dollar, yaxud 0.62% enərək 70.85 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.44 dollar, yaxud 0.58% azalaraq 75.52 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.32% enərək 2.32 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.