Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.09 dollar, yaxud 0.12% artaraq 72.99 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.09 dollar, yaxud 0.12% yüksələrək 77.51 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.14% yüksələrək 3.10 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.