

Rəqəmsal ödənişlər tendensiyasının daim yüksəldiyi bu dövrdə tokenizasiya – istifadəçi məlumatlarının şifrələnməsi texnologiyası getdikcə bazarda öz payını artırır. Bunun əsas səbəbi kimi tokenizasiyanın tranzaksiyaların təhlükəsizliyinin qorunmasını asanlaşdırması göstərilir.
“Juniper Research” analitika şirkətinin araşdırmasına görə, 2024-cü ilədək tokenizasiyanın maliyyə sektoruna gətirdiyi gəlir iki dəfədən çox artaraq 40 milyard dolları aşacaq. 2019-cu ildə 17 milyard dollar civarında qərarlaşan bu göstəricinin əsas artım səbəbi kimi məsafədən ekommersiya xidmətlərinin tokenizasiyasında proqnozlaşdırılan yüksəliş göstərilir.
“Juniper Research” həmçinin 2024-cü ilədək bütün məsafədən ödənişlərin və əksər NFC ödənişlərinin tokenləşdiriləcəyini proqnozlaşdırıb.