Elektromobil şirkəti peyk istehsalına başlayıb

Çinin ən böyük elektriklə işləyən avtomobil istehsalçısı “Zhejiang Geely Holding Group” innovativ istehsal imkanlarını genişləndirir. Belə ki, bir müddət əvvəl avtonom (öz-özünü idarə edən) elektrikli avtomobillərin istehsalına başlamaq fikrində olduğunu açıqlayan şirkət peyk istehsalına start verib.

Taizu şəhərində yerləşən zavodda istehsal prosesinə  başlanan peyklər avtonom elektromobillərin naviqasiya prosesinin əsasını təşkil edəcək. “Geely” törəmə şirkəti olan “Geespace” tərəfindən idarə edilən zavod il ərzində 500 peyk istehsal gücünə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır