Elon Musk 6.9 milyard dollarlıq Tesla səhmlərini satdı, 1.65 milyard dollar isə vergi ödəyəcək

Amerikalı biznesmen Elon Musk ötən həftə 6.9 milyard dollarlıq Tesla səhmlərini satıb, bu haqda isə Qiymətli Kağızlar və Birja Komissiyası məlumat verib.

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, sürpriz xəbər dünyanın ən varlı adamının “heç bir Tesla səhminin satılması planlaşdırılmır” deməsindən 3 ay sonra gəlib.

Sənədlərə görə, Musk cümə və çərşənbə axşamı arasında onlarla sövdələşmədə 7.9 milyondan çox səhm satıb və hər səhm üçün orta qiymət 875 dollar olub. Milyarder satışa görə 1.65 milyard dollar federal kapital qazanc vergisi ödəyəcək qalan 5.25 milyard dolları isə əldə edəcək
Lakin Muskın nə üçün satışı həyata keçirdiyi məlum deyil, milyarder Forbes nəşrinin sualına da dərhal cavab verməyib.

Böyük rəqəm

Musk noyabrdan başlayaraq 31 milyard dollardan çox-Tesla səhm satışları ilə bağlı rəqəmdir satıb. Əvvəlki əməliyyatlardan fərqli olaraq hazırki satış gözlənilməz idi. Noyabrda satışlardan 8.5 milyard dollar toplamışdı və gözlənilirdi ki, bu sərmayə Twitter-in alınmasına xərclənəcək. Lakin daha sonra Musk bir sıra spam hesabların və platformanı dolduran saxta hesabların olmasından dolayı razılaşmadan geri çəkilmişdi. Ancaq tərəflər bir razılığa gəlməsələr oktaybrın 17-də məhkəmə olacaq. Qeyd edək ki, Forbes nəşrinə görə, Musk hazırda planetin ən varlı insanıdır, şəxsi sərvətinin dəyəri isə 255.1 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır