Home » Əmək Məcəlləsinə geniş dəyişikliklər ilk oxunuşda qəbul edilib

Əmək Məcəlləsinə geniş dəyişikliklər ilk oxunuşda qəbul edilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Milli Məclis Əmək Məcəlləsinə təklif edilən dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Məlumata görə, qanun layihəsi üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət əmək münasibətlərinin daha çevik və sosial yönümlü tənzimlənməsi, müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsi məqsədi daşıyır. İkinci istiqamət dəyişiklikləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyaları və beynəlxalq təcrübəyə uyğunlaşmanı nəzərdə tutur. Üçüncü istiqamət isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsinə əsasən, Əmək Məcəlləsinə bir sıra yeni anlayışlar əlavə olunur. Bunlara “ailə vəzifələri olan işçi”, “ezamiyyət” və “məsafədən (distant) iş” anlayışları daxildir. Eyni zamanda, “minimum əmək haqqı” anlayışı BƏT-in müvafiq konvensiyasına uyğun olaraq yeni redaksiyada verilir.

Dəyişikliklər işçilərin ezamiyyə hüququnun və ezamiyyə xərclərinin ödənilməsi mexanizminin dəqiqləşdirilməsini, distant iş formasında əmək fəaliyyətinin hüquqi əsaslarının yaradılmasını nəzərdə tutur. Həmçinin, əmək müqavilələrinin bağlanması, uzadılması və xitam verilməsi ilə bağlı bir sıra maddələr təkmilləşdirilir.

Layihədə sınaq müddəti, müddətli əmək müqavilələri, istehsalat təcrübəsi keçən şəxslərlə əmək münasibətləri, müəssisə ləğv edildikdə və ya fiziki şəxs işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərin hüquqları ilə bağlı dəyişikliklər də əksini tapıb.

Bundan əlavə, məzuniyyətlərin verilməsi və məzuniyyət dövründə orta əməkhaqqının hesablanması qaydaları dəqiqləşdirilir, xüsusi xidmətləri olan işçilərin məzuniyyət hüquqları yenilənir. Gender bərabərliyinin gücləndirilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin əməyin mühafizəsi sahəsində tənzimləmələrin təkmilləşdirilməsi, eləcə də sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın hüquqi əsaslarının gücləndirilməsi ilə bağlı müddəalar yer alıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.