Home » Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini beynəlxalq təcrübə və rəqəmsal innovasiyalarla modernləşdirir

Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini beynəlxalq təcrübə və rəqəmsal innovasiyalarla modernləşdirir

by Zeyneb
0 comments 3 views 1 minutes read

BBN.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) son illərdə fəaliyyətini beynəlxalq təcrübəyə və rəqəmsal innovasiyalara uyğun şəkildə yeniləyir.

Məlumata görə, oktyabrın 31-i dünyada “Beynəlxalq Əmanət Günü” kimi qeyd olunur. Bu günün əsası 1924-cü ildə İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Əmanət Bankları Konqresində qoyulub. Məqsəd – cəmiyyətdə qənaət mədəniyyətini formalaşdırmaq, vətəndaşları gələcəyi düşünərək yığım vərdişlərinə təşviq etmək və maliyyə sisteminə inamı möhkəmləndirmək olub. Daha sonra Əmanət Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınaraq rəsmi status alıb və hazırda iqtisadi sabitlik və sosial rifah dəyərlərini xatırladan gün kimi qeyd olunur.

Qurumdan bildirilib ki, müasir dövrdə əmanətlərin sığortalanması mexanizmi maliyyə təhlükəsizliyinin əsas dayaqlarından biridir. Bu sistem vətəndaşların vəsaitlərini risklərdən qorumaqla yanaşı, bank sektoruna inamı artırır və dayanıqlı iqtisadi inkişafın formalaşmasına töhfə verir. Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalandığı ölkələrdə maliyyə sisteminə etimad, investisiya fəallığı və yığım meyilləri daha yüksək olur.

Azərbaycanda bu istiqamətdə mühüm addım 2006-cı ildə “Əmanətlərin sığortalanması haqqında” Qanunun qəbul edilməsi ilə atılıb. Qanun əmanətçilərin hüquqlarının müdafiəsini, əmanətlərin təhlükəsizliyini və bank sektorunda şəffaflıq prinsiplərinin gücləndirilməsini təmin edən hüquqi və institusional baza formalaşdırıb.

Həmin qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondu bu sistemin səmərəli fəaliyyətinə təminat verir. Fondun əsas missiyası banklarda sığorta hadisəsi baş verdiyi halda əmanətçilərə kompensasiyaların qanunla müəyyən edilmiş müddətdə ödənilməsidir. Bununla yanaşı, ƏSF maliyyə sabitliyinin qorunması, bank sisteminin etibarlılığı və dayanıqlığının artırılmasında mühüm rol oynayır.

Son illərdə Fond fəaliyyətini beynəlxalq standartlara və rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirib. Kompensasiyaların mümkün qədər qısa müddətdə ödənilməsi, proseslərin şəffaf və avtomatlaşdırılmış şəkildə aparılması, məlumat mübadiləsinin rəqəmsal sistemlərə inteqrasiyası, eləcə də maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən layihələr ƏSF-nin fəaliyyətində yeni mərhələ yaradıb.

Bu tədbirlər nəticəsində əmanətçilərin məmnunluğu artıb və ölkədə bank sisteminə olan etimad daha da möhkəmlənib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.