Home » Energetika naziri Vyanada bir sıra görüşlər keçirib

Energetika naziri Vyanada bir sıra görüşlər keçirib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma
Energetika naziri Pərviz Şahbazov Vyanada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui, İraqın Baş nazirinin müavini, neft
naziri Hayan Əbdül-Qani və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi
Haysam Əl-Qays ilə görüşüb.
BƏƏ-nin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşdə Əbu-
Dabi Milli Neft Şirkəti (ADNOC), “Masdar”, “TAQA” şirkətləri ilə neft-qaz və bərpa olunan
enerji sektorlarında, həmçinin qlobal neft bazarının tənzimlənməsində əməkdaşlığa dair
məsələlər müzakirə edilib. BƏƏ ilə Azərbaycanın “yaşıl enerji” tərəfdaşlığından
məmnunluq ifadə edilib. Tezliklə istismara veriləcək 230 MVt gücündə Qaradağ GES,
həmçinin quruda və dənizdə 4 QVt gücündə “yaşıl enerji” layihələrinin icrası ilə bağlı
cari vəziyyət nəzərdən keçirilib.
İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdə isə
ölkələrimizin qlobal neft bazarının sabitləşdirilməsi məqsədilə “OPEC plus” formatında
uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib. SOCAR tərəfindən İraq mənşəli xam neft və
neft məhsullarının dünya bazarına təchizatından bəhs edilib. İki ölkə arasında enerji
əməkdaşlığının inkişafı üçün “Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi
arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun
imzalanmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz üzrə
intensiv əməkdaşlıqda maraqlıdır.
OPEC-in Baş katibi Haysam Əl-Qays ilə müzakirələr də qlobal neft bazarının
balanslaşdırılması istiqamətində addımlar, neft sənayesinin inkişafı ilə əlaqədar
məsələləri əhatə edib. Gələcəkdə enerji təhlükəsizliyinin təminatı məqsədilə bütün
tərəflərin cəlb edildiyi dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd
olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.