Home » “Facebook” səhmləri 7% geriləyib

“Facebook” səhmləri 7% geriləyib

by bbnadm
0 comments 0 views 0 minutes read

Dördüncü rüb üzrə hesabatını ictimaiyyətə təqdim etdikdən sonra, çərşənbə günü şirkətin səhm dəyərində 7%-lik geriləmə müşahidə olunub. Geriləmənin əsas səbəbi kimi, “Facebook”un 2019-cu il üzrə əməliyyat və investisiya xərclərinin nəzərə çarpacaq qədər artması göstərilir.

Belə ki, hesabata istinadən, “Facebook” şirkətinin 2019-cu il üzrə xərcləri 51% artaraq 46.71 milyard dollara çatıb. Şirkət tərəfindən açıqlanan 2018-ci ilə nəzərən gəlir artımı isə cəmi 24.7% olub.

Bununla yanaşı, çərşənbə günü şirkət 2020-ci il üçün nəzərdə tutulan 10 milyardlıq səhm satınalma proqramını da elan edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.