“Kommersiya banklarının depozitləri mayın 3-də başa çatan həftədə (ardıcıl 2-ci həftədə) azalıb”.
BBN.az MarketWatch nəşrinə istinadən xəbər verir ki, bu haqda cümə günü Mərkəzi Bankın (FED) açıqlamasında qeyd edilib.
“Depozitlər əvvəlki həftədəki 17.16 trilyon dollardan 17.15 trilyon dollara enib. Martın əvvəlində isə depozitlərin həcmi daha çox 17.66 trilyon dollar idi”, – deyə FED-dən bildirilib.
Qeyd edək ki, depozitlərin azalmasında əsas amil kimi isə FED-in faiz artımlarına davam etməsi göstərilir. Bildirilir ki, maliyyə təşkilatları istehlakçı yığımları üçün daha yüksək faiz dərəcələri təklif edirlər, bu da azalmada əsas amildir.