Home » FED rəqəmsal dollar ilə bağlı kriteriyalarını açıqlayıb

FED rəqəmsal dollar ilə bağlı kriteriyalarını açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.

Artıq əksər monetar institutların maraq mənbəyinə çevrilən bu konsepsiya haqqında hesabat tərtib edilib. Yeddi fərqli mərkəzi bank (“Bank of Canada”, “Bank of England”, “Bank of Japan”, “European Central Bank”, “Federal Reserve”, “Sveriges Riksbank”, “Swiss National Bank”) və BIS (“Bank for International Settlements”) arasında tərəfdaşlıq nəticəsində ərsəyə gətirilən bu hesabat özündə sözügedən valyutanın pərakəndə sektorda tətbiqinin siyası və praktiki cəhətdən araşdırmasını əks etdirib.

Rəqəmsal valyuta tendensiyasında fərqlənən ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. “Project Hamilton” adı altında start verilən rəqəmsal dollar layihəsi artıq test mərhələsindədir. Test mərhələsində saniyədə 1.7 milyon tranzaksiyalıq yüksək nəticə göstərən rəqəmsal dollar digər rəqəmsal valyutalar və kriptovalyutalarla müqayisədə üstün nəticə göstərib. Belə ki, buna qədər ən yüksək nəticəyə malik “Solana” kriptovalyutası saniyədə 50 min tranzaksiya həyata keçirməyə imkan tanıyırdı. Test mərhələsi Boston Federal Rezerv Bankı və Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılıb.

Pilot layihənin uğurla sınaq mərhələsindən keçməsinə baxmayaraq, FED rəqəmsal dolların istifadəyə verilməsinə tələsməyəcəyini açıqlayıb. Belə ki, FED tərəfindən tərtib edilən 40 səhifəlik “CBDC report” hesabatında layihənin təhlükəsizlik baxımından təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. FED sədri Jerome Powell açıqlmasında bildirib ki, ABŞ hər nə qədər rəqəmsal texnologiyalar sahəsində daim intensiv inkişafın tərəfdarı olsa da, dolların dünyanın ən qabaqcıl valyutalarından olduğunu nəzərə alsaq, dolların rəqəmsallaşdırılması prosesi çox incə detallarına qədər düşünülməlidir. Powell çıxışında rəqəmsal dollar üçün əsas dörd vacib kriteriyanı vurğulayıb:

  • İstifadəçi təhlükəsizliyinin maksimum təmini,
  • Valyuta axınının izlənilə bilməsi üçün identifikasiyalaşdırılması
  • “Broker” rolunu oynaya biləcək rəqəmsal dollar tənzimləmə qurumunu mövcudluğu
  • İstifadə radiusunun genişləndirilməsi ilə beynəlxalq ödəniş vasitəsi kimi qəbulu

Məlumat üçün qeyd edək ki, hazırda dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 14 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.