Home » FED uçot dərəcəsini kəskin azaldıb

FED uçot dərəcəsini kəskin azaldıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Federal Ehtiyatlar Sistemi (FED) koronavirusa qarşı ehtiyat tədbiri olaraq uçot faiz dərəcəsini kəskin azaldıb. Bazar günü 1.0 bəndlik azaltma həyata keçirməklə FED uçot dərəcəsini 0%-0.25% səviyyəsinə endirib.

Koronavirusla mübarizənin ABŞ iqtisadiyyatına törətdiyi risklərin yumşaldılması məqsədilə verilən qərarın ABŞ prezidenti Donald Trampın açıqlamasından dərhal bir gün sonra verilməsi bir sıra suallar da yaradıb. Belə ki, Donald Tramp şənbə günü nitqində “Mərkəzin bankın sədrinin vəzifəsini azaltmaq və ya vəzifədən azad etmək səlahiyyətim var”, – deyə vurğulayıb. Qeyd edək ki, Donald Tramp FED-in açıqlamasından dəqiqələr sonra Ağ Evdə mətbuata açıqlama verib və açıqlamasında qərardan çox məmnun olduğunu və bazarları canlandırmaq üçün bu addımın atılmasının zəruriliyini vurğulayıb.

Vurğulamaq lazımdır ki, FED-in bu qərarından dərhal sonra “Dow Jones” Sənaye İndeksi 4.558%, “S&P 500” indeksi isə 4.784% geriləyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.