Çərşənbə günü, iyulun 31-də keçirilən iclasında ABŞ-nin Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi – FED) uçot faiz dərəcəsini 5.25% – 5.50% arasında dəyişməz saxlayıb. Ancaq bu göstərici yenə də son 23 ilin ən yüksək səviyyəsindədir.
BBN.az bu haqda Amerikanın ABC kanalına istinadən xəbər verir.
FED-in sədri Jerome Powell qeyd edib ki, hazırda inflyasiya və işsizlik dərəcəsi tarazlığı qoruyub saxlaya bilir. Faiz azalması isə hər şeyə – ipoteka kreditlərinə, kredit kart faizlərinə təsir göstərə bilər.
Ancaq sədr sentyabr iclasında mümkün faiz azalmalarına gedəcəklərinin də siqnalını verib.