

17 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2008019203 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 23.06.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2008019203 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 20,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 2,000,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və 1 ayda günlərin sayını 30 (otuz) götürməklə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti | 18 ay |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 2,000,000 manat |
Reallaşdırılmış həcm | 2,000,000 manat |
Hərrac qiyməti | 100 manat |
İnvestor sayı | 53 |
Sifariş sayı | 53 |
Anderrayter | “Unicapital İ.Ş.” ASC |