Home » FinCERT beynəlxalq FIRST təşkilatına üzv qəbul edilib

FinCERT beynəlxalq FIRST təşkilatına üzv qəbul edilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanı təmin etmək məqsədilə yaratdığı Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirərək FIRST təşkilatına qoşulub. FIRST dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını bir araya gətirən nüfuzlu beynəlxalq təşkilatdır.

Qeyd olunub ki, FinCERT-in FIRST-ə üzvlüyü maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kiberinsidentlərə qarşı mübarizə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

AMB-nin məlumatına görə, bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, erkən xəbərdarlıq və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də maliyyə bazarı iştirakçılarının kiberdayanıqlılığının artırılmasına töhfə verəcək.

Xatırladaq ki, FinCERT maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri ilə bağlı məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti qurumlar arasında koordinasiyanın təmin olunması məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda operativ məlumat mübadiləsini gücləndirmək, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanı dəstəkləmək və sektorun kibertəhlükəsizlik dayanıqlılığını artırmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.