Home » Forbes: Qızıl bazarı haqda yaxşı və pis ssenarilər

Forbes: Qızıl bazarı haqda yaxşı və pis ssenarilər

by bbnadm
0 rəy 2 baxış 2 dəqiqə oxuma

Burada bəzi pis xəbərlər var. Qızıl investorları bu il bu ana qədər zərbə alıblar. 

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, Yahoo Finance-ın məlumatlarına görə, külçənin qiymətini izləyən SPDR Qızıl Səhmlər birja fondu bazar ertəsi gününə qədər il ərzində 5,3% azalıb. Bir çox qiymətli metal investorları bu vaxta qədər bu fikirdə idilər ki, qızıl inflyasiyaya qarşı uzunmüddətli qoruma üsuludur. Ancaq nəticələr isə göstərir ki, bu geniş yayılmış inam sadəcə mifdir və bu da onlarda məyusedici təsirə səbəb olur. 

“Trading Economics” tərəfindən toplanan datalara, əsasən inflyasiya bu il iyunda özünün ən pik həddinə 9.1%-ə yüksəlib, iyulda isə 8.5%-ə enib. “Forbes” nəşrindən deyilib ki, “bir sözlə, bəzi investorların qızıl ehtiyatlarının gəlirlərindən məyus olması başadüşüləndir. Ancaq bəlkə də olmamalıdırlar”. Bu il bu günə qədər olan itkilərə baxmayaraq, qızıl daha geniş birja bazarını üstələyib. S&P 500 indeksini izləyən SPDR S&P 500 ETF, dividendlər istisna olmaqla, eyni dövrdə 14,9% aşağı düşüb. SPDR Qızıl Səhmləri heç bir dividend ödəmir. Başqa bir sözlə, birjada qeydə alınan itkilər, qızıl ehtiyatlarından geri gələn gəlir itkilərindən 3 dəfə çox olub.

Ekspertlər isə bu fikirdədirlər ki, qızıl investorları üçün pis xəbər budur ki, zəiflik bir müddət davam edəcək. CPM Group-un əmtəə konsaltinq firmasının son hesabatında deyilir: “Jackson Hole-da çıxışı zamanı FED prezidenti Powell bir daha təsdiqlədi ki, FED-in əsas diqqəti inflyasiyanın iqtisadi artım bahasına olsa belə azaldılmasıdır”. “Daha sərt pul siyasəti gözləntilərinin qızıl qiymətlərinə təsir edəcəyi proqnoz edilir”.

Qeyd edək ki, qızıl bazarı əlavə dəyər verməsə də, digər sektorlar ilə müqayisədə daha az itirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.