10 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 may 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2023020285 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
İstiqrazların sayı | 100 (ədəd) |
Nominal Dəyəri | 1,000 manat |
İllik faiz dərəcəsi | 12% |
Ödəmə periodu | Hər ayda bir dəfə(hər bir ayın 30(otuz)gün olduğunu qəbul etmək şərti ilə) |
Hərrac tarixi | 23.05.2024 |
Tədavül müddəti | 5 il |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.