Home » “Green Hackathon 2024” layihəsi başa çatıb

“Green Hackathon 2024” layihəsi başa çatıb

by anar
0 comments 0 views 1 minutes read

30 oktyabr 2024-cü il tarixində “Green Hackathon 2024” layihəsinin yekun tədbiri həyata keçirilib.

Final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, AİB Azərbaycanın ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar çıxış ediblər.

Müsabiqənin sonunda “Greenix” komandası I yerə,  “Envirominds” komandası II yerə,  “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.

Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar” mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb. Ekspertlər, həmçinin beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.