Home » Halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib

Halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika – Ümumi Tələblər” dövlət standartı qəbul edilib.

BBN.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qəbul edilmiş normativ sənədlərin ölkə ərazisində istehsal olunan məhsullara tətbiqi, insanların həyat və sağlamlığının qorunması, halal məhsulların ümumi istifadəsinə şəraitin yaradılması, idxal və ixrac zamanı yaranan çətinliklərin aradan qaldırılması və İƏT-ə üzv dövlətlərin qlobal iqtisadiyyatda bazar mövqelərinin möhkəmlənməsi nəzərə alınaraq müvafiq sahədə standartın hazırlanmasına ehtiyac yaranıb.

Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması, və paylanmasını müəyyən edir. Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək.

Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.

OIC/SMIIC 4:2018 “Halal Cosmetics – General Requirements” standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika – Ümumi Tələblər” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, “Gazelli Group” MMC ilə razılaşdırılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.