Home » Hesablama Palatası ARDNF-yə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

Hesablama Palatası ARDNF-yə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ölkənin payına düşən karbohidrogenlərin hasilatı və daxilolmaları üzrə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib.

BBN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin audit nəticələrinə dair hesabatında bildirilib.

Hesabata əsasən, 2025-ci ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından ARDNF-yə 9 milyard 497 milyon manat vəsait daxil olub. Bu göstərici təsdiq edilmiş proqnozla müqayisədə 300,2 milyon manat və ya 3,1% az olub.

Hesablama Palatası karbohidrogenlərin hasilatı və daxilolmaları üzrə proqnozlarla faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini zəruri hesab edib.

Bununla yanaşı, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, podratçılarla nəzarət mexanizmlərinin gücləndirilməsi və aidiyyəti təşkilatlar arasında koordinasiyanın artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tövsiyə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.