
Hüquq və İnsan Haqları İnstitutu 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi məqsədilə kotirovka sorğusu elan edib.
Sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini fevralın 17-dək İnstitutun Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 125 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə fevralın 17-də saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, ötən il keçirilmiş analoji sorğunun qalibi “Financial Reporting Center” MMC olub və şirkətə bu xidmətə görə 1,4 min manat ödənilib.





