
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 453 milyon 668 min ABŞ dolları investisiya yatırıb.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 361 milyon 85 min ABŞ dollar və ya 4,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 40,9% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 1-ci ölkə olub.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub.




