
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılara müxtəlif xidmət və alışlar üzrə ümumilikdə 104 milyon 259,6 min manat ƏDV geri qaytarılıb.
BBN.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, geri qaytarılan məbləğ pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallar (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, tibbi xidmətlər və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərin gecələmə və qalma xidmətləri üzrə ödənilmiş ƏDV-ni əhatə edib.
Məlumata görə, hesabat dövründə xarici vətəndaşların Azərbaycanda şəxsi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi çərçivəsində dövlət büdcəsindən geri qaytarılan ƏDV-nin həcmi isə 4 milyon 361,3 min manat təşkil edib.




