Home » IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

IEA qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib

by yunus
0 comments 0 views 1 minutes read

International Energy Agency (IEA) 2026-cı il üzrə qlobal neft hasilatına dair proqnozunu yaxşılaşdırıb.

BBN.az xəbər verir ki, bu barədə Agentliyin iyul ayı üzrə hesabatında bildirilib.

Yeni proqnoza əsasən, cari ildə qlobal neft hasilatının sutkada orta hesabla 102,6 milyon barel təşkil edəcəyi gözlənilir. Halbuki IEA bir ay əvvəl bu göstəricini gündəlik 102,37 milyon barel səviyyəsində qiymətləndirmişdi.

Agentliyin hesablamalarına görə, gələn il qlobal neft hasilatında daha əhəmiyyətli artım müşahidə olunacaq. Belə ki, 2027-ci ildə hasilatın gündəlik 7,49 milyon barel artaraq orta hesabla 110,09 milyon barelə çatacağı proqnozlaşdırılır.

IEA qeyd edir ki, qlobal enerji bazarında tələbatın dinamikası, yeni istehsal güclərinin istifadəyə verilməsi və geosiyasi amillər növbəti dövrdə neft hasilatının həcminə təsir göstərən əsas faktorlar olaraq qalacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.