Home » IFC-nin və “European Investment Bank”ın rəsmi səhifələri haker hücumuna məruz qalıb – Foto

IFC-nin və “European Investment Bank”ın rəsmi səhifələri haker hücumuna məruz qalıb – Foto

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

“World Bank Group”un üzvü, dünyada ən böyük inkişaf institutlarından olan və inkişaf etməkdə olan ölkələrin şəxsi sektorun inkişafına dəstəkçi olan International Monetary Fund-ın (Beynəlxalq Maliyyə Fondu-IFC) rəsmi saytı haker hücumuna məruz qalıb.

BBN.az cybernews.com-a istinadən xəbər verir ki, saytda çökmə çərşənbə günü Şərq saatı ilə səhər saat 8-də baş verib. Həmçinin “Cybernews”dan isə təsdiq edirlər ki, sayt yalnız günortadan sonra problemsiz yüklənib.

Qeyd edək ki, hadisəyə səbəbkar kimi isə Rusiya ilə əlaqəli haker qrupu “Killnet” və “Anonymous Sudan” göstərilir. Birinci növbədə isə “Killnet” “Telegram” kanalı üzərindən IFC-nin Vaşinqton şəhərində yerləşən baş qərargah fotosunu paylaşmış, postunda isə sağ ol emojisi və sözü yazılmışdı. Bir neçə dəqiqədən sonra isə “Anonymous Sudan” da eyni postu özünün “Telegram” postunda paylaşmaqla hadisəni onların törətdiyini qəbul etmişdi. Daha sonra isə “Killnet” bir sıra kriptovalyuta şirkətlərinin hesablarını paylaşmış haker nəticəsində əldə edəcəyi pulu özünün son işi üçün xərcləyəcəyini elan etmişdi.

Əlavə edək ki, haker qruplaşması, həmçinin Avropanın bir sıra nüfuzlu banklarına da haker hücumları ediblər. Bunlardan biri də “European Investment Bank”dır (Avropa İnvestisiya Bankı) ki, onlar da belə hücumun olduğunu özlərinin iyunun 19-da “Twitter”də paylaşdıqları postda açıqlamışdılar.

Qeyd edək ki, hazırda hər iki sayt problemsiz çalışır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.