Home » “İnkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq sertifikatlaşması” proqramının ilkin mərhələsinə start verildi

“İnkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq sertifikatlaşması” proqramının ilkin mərhələsinə start verildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən “İnkubasiya və innovasiya mərkəzlərinin sertifikatlaşması” proqramının birinci mərhələsinə başlanılıb.

İlkin mərhələdə ali təhsil ocaqları ilə kommunikasiyalar qurulub və orada mövcud infrastrukturun və maddi-texniki bazanın qiymətləndirilməsinə yönlənmiş müvafiq onlayn sorğu aparılıb.

Proqram çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Həmçinin onların koordinatorlarının müvafiq təhsil alması və sertifikatlaşdırılması təşkil olunacaq.

Proses ümumilikdə 4 mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə innovasiya mərkəzlərinin qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə orada çalışan koordinatorların sertifikatlaşdırılması, son mərhələdə isə mərkəzlərin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=v6FmXTKR5YI&feature=emb_title

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.