Home » “İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 3.2-ci Məqsədində (Yaradıcı və innovativ cəmiyyət) nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinin tam və vaxtında icra edilməsi məqsədilə yaradılmış “İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Strategiyanın 2024-cü il üzrə hədəflərinin birinci yarımillikdə icrasına dair aparılmış monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən İşçi qrupunun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iclasın məqsədi və hesabat dövründə görülmüş işlər barəsində danışıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova isə aparılan monitorinqin əsas göstəriciləri ilə bağlı məlumat verib.

İşçi qrupunun sədr müavini, İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov monitorinq və qiymətləndirmə üzrə hesabatın təqdimatı ilə çıxış edib, hədəf indikatorlar üzrə görülmüş işlər, əsas çağırış və tövsiyələri diqqətə çatdırıb.

Daha sonra İşçi qrupunun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

“İnnovasiya” işçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.