“Roadshow 2024”də iştirak edərək siz startapınızı geniş şəbəkələrə tanıda bilər, potensial müştərilər, investorlar və tərəfdaşlar tapa bilərsiniz. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən yaradılan layihənin əsas məqsədi Azərbaycanın startap ekosistemini inkişaf etdirmək, innovativ startapları qlobal ictimaiyyətə çatdırmaq və yerli startaplara dəstək olmaqdır.
“Roadshow 2024” tədbirləri fərqli tarixlərdə və müxtəlif ölkələrdə keçiriləcək. Hər bir tədbir üçün 2 – 5 startap seçiləcək və həmin startapların 1 və ya 2 üzvü tədbirdə iştirak şansı qazanacaq. Seçilmiş startapların adları tədbirlərdən 1 ay öncə açıqlanacaq.
Seçilmiş startaplara xarici tədbirlərdə iştirak üçün aviabilet (gediş-dönüş), hotel, netvörkinq və təqdimat mövzularında konsultasiya, viza üçün dəvət və dəstək məktubları veriləcək.
Qeydiyyat üçün: https://lnkd.in/eybSiD44