“İnternational” BOKT ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur
“İnternational” BOKT ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur
12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan AZ2007021028 ISIN-li və ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan AZ2006021029 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2007021028 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 20,000 (ədəd) | 100 manat | 13% | 18 ay | hər 90 gündən bir |
AZ2006021029 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 1,000 (ədəd) | 1,000 manat | 18% | 60 ay | hər 30 gündən bir |
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.