Home » İqtisadiyyat Nazirliyi: Qeyri-neft sektorunun orta illik artımı 6,1% olacaq

İqtisadiyyat Nazirliyi: Qeyri-neft sektorunun orta illik artımı 6,1% olacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Ölkədə əlverişli biznes mühitinin yaradılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu islahatlar qeyri-neft sənayesinin inkişafına, yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına təkan verir.

Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

ÜDM artımı proqnozu

Anar Axundov bildirib ki, Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri davamlı iqtisadi inkişafı təmin etməkdir. Onun sözlərinə görə:

  • 2022–2025-ci illər üzrə orta illik ÜDM artım tempinin 3,3% olacağı proqnozlaşdırılır;

  • ÜDM-də artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq;

  • Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in orta illik artım tempi 6,1% təşkil edəcək ki, bu da təsdiqlənmiş strategiyada müəyyən edilən hədəfi üstələyir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.