Home » İran “MİR” ödəniş kartlarından istifadəyə imkan tanıyacaq

İran “MİR” ödəniş kartlarından istifadəyə imkan tanıyacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya bankçılıq sistemində istifadə olunan “MİR” ödəniş kartları sxemasının artıq İran İslam Respublikasında da istifadəsinə başlanacaq. Bu barədə, RİA agentliyi İran İslam Respublikasının Xarici İşlər naziri müavinin çıxışına istinadən məlumat yayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna arasında başlayan gərginlik sonrası Moskva və Tehran arasında siyasi və iqtisadi əlaqələr gücləndirilib. Sıx siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı ölkələr ortaq layihə çərçivəsində bankçılıq sistemi üçün SWIFT beynəlxalq banklararası mübadilə sisteminə alternativ sistem yaratmaq üzərində işlər görürlər. Həmçinin, iqtisadiyyatın de-dollarizasiyası məqsədilə ölkələr arasında ticarət fəaliyyətinin yerli valyutalar ilə həyata keçirilməsinin yolları araşdırılır.

“MİR” ödəniş sistemi son dövrlərdə Cənubi Koreya və Kuba tərəfindən qəbul edilib. Həmçinin, bu sistemə məxsus ödəniş kartları Türkiyə və Vyetnamın bir çox turizm şəhərlərində ödəniş vasitəsi kimi qəbul edilir. Yaxın aylarda, Birləşmiş Ərəb Əmirliklərinin də bu ölkələr sırasına qatılması gözlənilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.