İrland bankı çox sayda filialını bağlayıb

İrlandiyanın ən qədim və ən böyük banklarından biri olan “Bank of Ireland” ölkə daxilindəki filiallarının sayını kəskin azaldıb. Birdəfəyə 88 filialını bağlayan bankın nəticə etibarı ilə ölkə daxilində filial sayı 257-dən 169-a düşüb. Birləşmiş Krallıq tərkibində olan Şimali İrlandiyada isə filialların sayı 28-dən 13-ə endirilib.

Bankın açıqlamasına əsasən, İrlandiyada koronavirus pandemiyasının sürətlə artmasından sonra istehlakçılarının 70%-ə qədərinin rəqəmsala sürətli keçidi müşahidə olunub. Bu səbəbdən, bank filiallarını bağlayaraq xərclərinə qənaət etməyi və bu vəsaitlə bankın rəqəmsallaşma prosesinin sürətləndirilməsini planlayıb.

Analitiklərin hesablamalarına görə, bu qərar nəticəsində bank xərclərinə illik 26 milyon avro qənaət edəcək və bankın mobil tətbiqetməsinin yüklənməsi təqribi 25% həcmində artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır