Home » İstehlak bazarında qiymətlər bahalaşıb

İstehlak bazarında qiymətlər bahalaşıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyul aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.
Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7 faiz, əvvəlki ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.

2020-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 104,6 faiz təşkil etmişdir.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, yoqurtun, xamanın, brınza pendirinin, limonun, bananın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, üzümün, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun,
yerkökünün, soğanın, kartofun, təzə göbələyin, şəkər tozunun, təbii balın, spirtli içkilərin, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, dondurulmuş balığın, kəsmiyin, yumurtanın, süfrə marqarininin, almanın, kivinin, göyərtinin, sarımsağın, mərcinin və tütün məmulatlarının qiymətlərində müşahidə
olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2020-ci ilin iyul ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən isə müvafiq olaraq 101,3 və 101,1 faiz təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.