
1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 03.07.2026-cı il tarixində başlayıb və 01.08.2026-cı il tarixində bitmişdir.
AZ2018005150 İSİN kodlu istiqrazların yerləşdirilməsi 05.08.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Kapital Bank” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2018005150 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 500,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 50,000,000 manat |
| İllik gəlirlilik faizi | 10% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
| Tədavül müddəti | 1 il |
| Ticarətə buraxılma tarixi | 05.08.2026 |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |




