Home » Kapital Bank sahibkarlar üçün “Ağ şəhər KOB Mərkəzi” filialını istifadəyə verdi

Kapital Bank sahibkarlar üçün “Ağ şəhər KOB Mərkəzi” filialını istifadəyə verdi

by anar
0 rəy 21 baxış 1 dəqiqə oxuma

Ölkənin birinci bankı Kapital Bank kiçik və orta sahibkarlar üçün fərqli konseptdə olan daha bir KOB Mərkəzi filialını istifadəyə verdi. Filial Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr Meydanı, Tikinti sahəsi FS-003 ünvanında yerləşir.

Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər. Bundan başqa filial müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları ilə təmin edilib.

Yeni filialda həmçinin 24 saat fəaliyyət göstərən özünəxidmət sahəsi də yaradılıb. Xidmət sahəsində müştərilər tərəfindən əməliyyatların aparması üçün avadanlıqlar quraşdırılıb.

Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Ölkədə ilk dəfə “KOB Mərkəzi” filiallarının istifadəyə verilməsinin səbəbi də məhz budur. Filiallarımızda sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli yararlana bilirlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.