Home » KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər

KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan stendində 10-a yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət Sərgisində iştirak edirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə 10-a yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunur.

KOBİA-nın stendində qida, sənaye, tikinti, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənir. Həmçinin, stenddə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilir.

Qeyd edək ki, sərgidə qida və qeyri-qida sektorları olmaqla 24 sahə üzrə 500-dən çox şirkət təmsil olunur. Sərgi noyabrın 29-dək davam edəcəkdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.