Home » KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fevralın 18-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda KOB sahəsində əməkdaşlıq məsələlərinə də yer verilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuad Oktayın, eləcə də hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində əməkdaşlığın Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vacib istiqamətlərindən olduğunu, Agentliyin KOB-ların dəstəklənməsi və yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində qardaş Türkiyənin zəngin təcrübəsinə daim xüsusi əhəmiyyət verdiyini, bu sahədə KOSGEB və Türkiyənin digər aidiyyəti qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində görülən tədbirlər barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə toxunaraq hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqi, birgə istehsal müəssisələrinin təşkili, hər iki bazar üçün mal və xidmətlərin təqdim edilməsi, eləcə də nəqliyyat-logistika və əlverişli coğrafi mövqe üstünlüklərimizdən istifadənin təşviqi istiqamətlərində tərəfdaş qurumların birgə səylərini gücləndirməsinin önəmini diqqətə çatdırıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin böyük biznes və investisiya potensialına malik olduğunu qeyd edən KOBİA sədri Türkiyə şirkətləri və iş adamlarının bu bölgədə quruculuq-bərpa işlərində, eləcə də investisiya fəaliyyətində yaxında iştirak edəcəklərinə əminliyini bildirib.

Biznes forum çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.