25 dekabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələri və ABA rəhbərliyi arasında onlayn görüş keçirilmişdir.
Görüş zamanı Fatca /CRS tələbləri ilə bağlı DVX-ya təqdim olunmuş məktubda qeyd olunan məsələlər müzakirə edilmiş, bununla bağlı işçi qrupu yaradılması qərarı alınmışdır.
Görüşdə həmçinin qonşu ölkələrlə beynəlxalq sanksiyalara riayət üzrə yanaşmanın müəyyən olunması ilə bağlı da fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.