25 yanvar 2020-ci il tarixində Bakı Konqres Mərkəzində “Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. “Könüllülər Yurdu – Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, könüllülər və digər qonaqlar iştirak ediblər.
ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin Respublikamızda “Könüllülər ili” elan olunduğunu ifadə ediblər. Məhz bu tədbirin “Könüllülər ili” çərçivəsində keçirilən ilk rəsmi tədbir olduğu diqqətə çatdırılıb. Həmçinin ASAN könüllüləri tərəfindən müxtəlif sahələrdə, o cümlədən vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs olunub.
Sonra layihənin regionlarda təşkilində aktiv iştirak edən şəxslər mükafatlandırılıblar.
“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.
Layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib.