Home » Koronavirus hansı ölkələrin iqtisadiyyatına kəskin zərbə vuracaq?

Koronavirus hansı ölkələrin iqtisadiyyatına kəskin zərbə vuracaq?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Koronavirus pandemiyasının bütünü ölkələrin iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərəcəyi artıq hamıya məlumdur. Bununla belə, pandemiyanın hər gün daha geniş ərazidə yayılma tendensiyası post-pandemiya dövründə dünya ölkələrinin iqtisadiyyatında yaranacaq problemlərin müxtəlifliyi ilə bağlı suallar yaradır. Hətta, Harvard Universitetinin iqtisadçısı Kenneth Rogoff pandemiya sonrasında dünya iqtisadiyyatının 2008-ci ildə baş verən maliyyə krizisindən daha böyük bir krizisə gedəcəyini güman edir.

“JP Morgan” bankının Qlobal İqtisadi Araşdırmalar bölməsinin baş iqtisadçısı Bruce Kasman dünya ölkələrinin iqtisadiyyatını araşdıraraq, pandemiyanın ən kəskin mənfi təsirlərinin müşahidə olunacağı ölkələri açıqlayıb.

Meksika – dünyanın on birinci ən böyük iqtisadiyyatı olan Meksika iqtisadiyyatının koronavirusun ən kəskin təsirlərinə məruz qalacağı və 2020-ci ildə 7% həcmində kiçiləcəyi proqnozlaşdırılır. Belə ki, statistikaya əsasən Meksika əhalisinin 50%-i yoxsulluq həddində, 30%-i yoxsulluq həddinə yaxın yaşayır və qeyri-rəsmi olaraq işləyən 30 milyona yaxın əhalisi var. İqtisadçılara görə, zavodların bağlanması və sosial izolyasiya tədbirləri səbəbindən ölkə ÜDM-i həftəlik 0.7% azala bilər və 1.7 milyon iş yeri yoxa çıxa bilər. Meksikanın bu qədər böyük bir böhrana doğru yaxınlaşmasının əsas səbəbi kimi ölkənin əsas ticarət tərəfdaşının və pul baratlarının əsas mənbəyinin ABŞ olması göstərilir. ABŞ isə hal-hazırda pandemiyanın episentri hesab edilir və dünyada ən çox koronavirusa yoluxan vətəndaşa sahibdir.

Cənubi Afrika Respublikası – CAR siyahıda qeyd edilən ikinci ölkədir. Ölkəni koronavirusa qarşı “açıq hədəf” edən əsas səbəblər milli valyuta ehtiyatlarının az olması, eləcə də yaxın həftələrdə “Moody’s” agentliyi tərəfindən reytinqinin kəskin aşağı salınmasıdır. Aşağı reytinq səbəbindən CAR-a pandemiyanın ölkə iqtisadiyyatına təsirini yüngülləşdirmək üçün vacib olan maliyyə vəsaitini xarici mənbələrdən cəlb etmək çətinləşəcək. CAR iqtisadiyyatının da bu il 7% həcmində kiçilməsi proqnozlaşdırılıb.

Avstraliya və Yeni Zellandiya – üçüncü yeri bölüşən bu iki ölkənin pandemiya təsirlərinə qarşı həssas olmasının əsas səbəbləri iqtisadiyyatların daha çox turizm yönümlü olması və ticarətdə əsas tərəfdaşlarının Çin Xalq Respublikası olmasıdır. Həmçinin, bu ölkələrin uzun müddətdir ki, resessiyalardan yan keçməsi onların daxili resessiya strategiyalarının təkmilləşdirməsinə imkan verməyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.