Kraliçanın dəfn mərasiminin fakt və rəqəmlər ilə mənzərəsi

Böyük Britaniyada 10 günlük milli matəmdən sonra bazar ertəsi günü Kraliça II Elizabeth-in dəfn mərasimi baş tutub. Bizim bu haqda bildiyimiz isə 96 yaşında vəfat edən və 70 il hakimiyyətdə olan monarxın dəfn mərasiminin yüz minlərlə insanın küçədə və milyonlarla şəxsin isə TV ekranlarından izləməsi olub.

Aşağıda isə onun dəfn mərasimi ilə bağlı bəzi fakt və rəqəmlər haqqında yazacağıq.

2000: Kral III Charles-dən və digər kral ailə üzvlərindən tutmuş dünya liderlərinə, Covid-19 pandemiyasına qarşı mübarizədə kömək edən Britaniya ictimaiyyətinin üzvlərinə qədər dövlət dəfn mərasimi üçün Westminster Abbey-də hörmətli şəxslər və qonaqlar.

800: Bazar ertəsi günü Windsor Qəsrində, Müqəddəs George kilsəsində qonaqlar

5949: Sentyabrın 8-də Kraliçanın vəfat etməsindən bəri hərbi qüvvələrin sayı: Bunlardan 4416-ı ordu, 847-i dəniz qüvvələri, 686-ı hava qüvvələridir. Bundan əlavə, “Commonwealth” (Birlik) ölkələrindən 175 silahlı qüvvə cəlb edilib. 

10.000-dən çox polis ehtiyatı. Bu isə 2012-ci ildə London Olimpiya oyunları zamanı cəlb edilən, gündə 10.000 ehtiyatdan da çoxdur və London tarixində ilk hesab edilir. 

262 ildən, Britaniya monarxı Kral George II-nin dəfn mərasimindən sonra Westminster Abbey-də təşkil edilən ilk dəfn mərasimidir.Kral George II-nin dəfn mərasimi 1760-cı ildə Westminster-də təşkil edilmişdi. 

36 km: İzdihamı idarə etmək və Parlament Evi, Westminster Abbey və Buckingham Sarayının ətrafındakı əsas əraziləri təhlükəsiz saxlamaq üçün tək Londonun mərkəzində kilometrlərlə maneələr qoyulub.

1 milyon nəfər: London ictimai nəqliyyat rəsmiləri bazar ertəsi günü şəhərə ziyarət edən insanların sayını təxmin edib. Əlavə 250 qatar xidmətləri insanları şəhərin daxili və xaricinə daşıdıqları təxmin edilir. 

8 km – Westminster zalında Kraliçanın tabutunun yanından keçmək üçün sıraya düzülən insan növbəsinin uzunluğu. Dörd gün ərzində tabutu görənlərin sayı isə hələ məlum deyil. 

125 kino mərkəziləri bazar ertəsi dəfn mərasimini canlı vermək üçün qapılarının üzünü açmışdı. 

2 dəqiqə  – Westminster zalında dəfn mərasiminin sonunda sükut

2868: Brilyantlar, 17 sapfir, 11 zümrüd, 269 mirvari və 4 yaqutla birlikdə Kraliçanın tabutunun üzərində dayanan İmperator Dövlət Tacında parıldayırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır