1


12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KREDİT EVİ” ASC -nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “KREDİT EVİ” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002021494 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı | 1,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 17% |
Ödəmə Periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir |
Tədavül müddəti | 5 il |
Ticarətə buraxılma tarixi | 22.05.2025 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |